Bakıda mənzildə meyit aşkar olunub

23:50 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hafta.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, məlumat əsasında hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Makarova Tatyana Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.