Bakıda mənzildən meyit tapılıb

17:27 04.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən meyit tapılıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.