Bakıda meyvə-tərəvəz anbarı yandı

11:00 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda anbarda yanğın olub.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda yanğın nəticəsində ümumi sahəsi 1600 m² olan anbarın (hazırda fəaliyyət göstərmir) yanar konstruksiyaları, şüşə-pambıqdan ibarət divar üzlüyü və içərisinə yığılmış istifadəyə yararsız taxta məmulatları 216 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.