Bakıda piyadanı avtomobil vurub

10:34 06.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Məmmədov Şəhaddətin Nadir oğlunu nəqliyyat vasitəsi vurub. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.