Bakıda piyadanı avtomobil vurub

09:38 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nərimanov rayonunda avtoqəza zamanı bir nəfər ağır xəsarət alıb.

Hafta.az xəbər verir ki, yol qəzası Fətəli Xan Xoyski küçəsində baş verib.

1967-ci il təvəllüdlü Məmmədova Zəkiyyə Qara qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.