Bakıda qaçırılan 14 yaşlı qız tapıldı

12:24 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.