“Ayrı-ayrı vətəndaşaların Bakıda qeydiyyatı ilə bağlı problemlər aktullaşıb. Bakıda qeydiyyata alınanlar çıxarılır və beləliklə həmin şəxslər havada qalırlar. Şəxslər öz hüququnu Bakıda gerçəkləşdirmək imkanına malik deyil. Ona görə də qeydiyyat, bölgəyə qayıdış məsələsini ciddi həll etməliyik”.
Bunu Milli Məclisin Plenar iclasında deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, qeydiyyatdan çıxarılanlara “gedin öz rayonunuzda qeydə alının” deyilməsi mülki problemlərin yarana biləcəyi bir aktdır.
“Sabah bu çəkişmlər məhkəməyə daşınacaq. Əgər biz qayıdış barədə düşünürüksə, həmin insanların müvəqqəti qeydiyyatı ilə bağlı da düşünməliyik. O şəxslər əgər Bakıda harasa, kiminsə ailəsi üzərinə qeydiyyata düşəcəklərsə, müvəqqəti qeydiyyat hüquqi əsas nəzərə alınmadan həyata keçirilməlidir”.
Bununla yanaşı deputat insanların qeydiyyatdan çıxarılmasının hansı əsasla həyata keçirilməsinin də qeyri-müəyyən olduğunu önə çəkib.