Bakıda qız oğlanı bıçaqladı

10:50 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Hafta.az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Belə ki, "Koroğlu" metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.