Bakıda qonşu qonşunu bıçaqlayıb

10:02 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

Hafta.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Şərbətov Emin Kərim oğlu qonşuluqda yaşayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı E.Şərbətova 3 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.