Bakının 100-dən çox küçəsində panduslar qurulub - BNA

11:48 25.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərində 100-dən çox küçədə sağlamlıq imkanları məhdud insanlar üçün panduslar təşkil olunub.

Hafta.az-ın məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkəti təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, eyni zamanda səkilərlə bağlı "İdeal səki" layihəsi də həyata keçirilir ki, bu layihə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkətini təmin etməyə imkan verəcək.

Oxunma sayı 755