Bakıya gələn 24 yaşlı oğlan itkin düşdü

23:28 28.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax sakini Bakıda itkin düşüb.

Hafta.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Yevlax rayonunun Xanabad kənd sakini, 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 20-də yaşadığı evdən çıxaraq Bakıya gəlib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə onu oktyabrın 25-də paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22 ünvanının qarşısında görüblər.

Faktla bağlı araşdırma aparılır.