Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan Bakıya gətirilib

21:00 03.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı separatçıların 2 keçmiş “prezident”i və “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri saxlanılıb. 

Hafta.az xəbər verir ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.