Balakəndə 2 “Kalaşnikov", 5 ov tüfəngi aşkarlandı

09:55 03.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən əməliyyatlar zamanı Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

 

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinmiş 3 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.