Yazını böyüt
Yazını kiçilt
Balakəndə yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobillə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ”dakı 4 sərnişin xəsarət alıb. Onlardan üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam etdirilir.
Xəsarət alanlardan biri 1984-cü il təvəllüdlü Nuranə Əhmədovadır.
Faktla bağlı araşdırma aparılır.