Balakəndə avtomobil piyadanı vuraraq öldürüb

12:24 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 14-də saat 19 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Q.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxunma sayı 28