Balakəndə qaydaları pozan sürücülər cərimələnib

21:42 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərin müəyyən olunması, onların maarifləndirilməsi məqsədlə şəhər ərazisində növbəti nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən yoxlamalar zamanı bəzi şəxslərin nəqliyyat vasitələrini müəyyən olunmayan yerlərdə, avtobus dayanacaqlarında, piyada səkilərində park etdikləri aşkarlanıb. Onlara törətdikləri qayda pozuntuları barədə məlumat verilib, bu kimi halların digər hərəkət iştirakçılarının da narazılığına səbəb olduğu izah edilib.

Həmin sürücülər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.