BANM-in 6 məzunu Almaniya hökumətinin təqaüdünü qazanıb

09:38 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Ali Neft Məktəbinin (BANM) 6 məzunu Almaniyanın DAAD təqaüd proqramının qalibi olub.

 

Hafta.az xəbər verir ki, yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 400-ə yaxın azərbaycanlı müraciət edib.

 

Onların arasından təqaüdə layiq görülmüş 26 nəfərdən 6-sı məhz BANM məzunudur. Bu Ali Məktəb üçün çox qürurverici bir haldır. 

 

BANM məzunları mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar. 

 

Tam siyahı aşağıdakı kimidir:

 

Ad, soyad


  • Sunay Həsənov

Qəbul olduğu ali məktəb


Dortmund Texniki Universiteti - Magistratura

  • Aişə Məhərrəmova 

Hamburq Texnologiya Universiteti - Magistratura

  • Aygül Hüseynova

Hamburq Texnologiya Universiteti - Magistratura

  • Türkan Əliyeva

Münster Universiteti - Magistratura

  • Kamal Bağırlı 

Kayzerslautern Universiteti - Magistratura

  • Fərid Həmidov

Aaxen Universiteti -  Magistratura