Baş nazir Əli Əsədov Çinin yeni Baş nazirini təbrik edib

20:16 11.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə hafta.az-a Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.