Baş nazir investorları şəhərləşmə layihələrinə sərmayə yatırmağa dəvət edib

11:30 18.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Baş naziri Şri Narendra Modi investorları ölkəsinin şəhərləşməsinə sərmayə yatırmağa dəvət edib.

Hafta.az yazırr ki, noyabrın 17-də baş tutan və hər il keçirilən Üçüncü “Bloomberg” Yeni İqtisadi Forumunda videokonfrans vasitəsilə çıxış edən Baş nazir qeyd edir: “Əgər şəhərləşməyə investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Mobilliyə investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. İnnovasiyaya investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Davamlı həll yollarına investisiya qoymaq istəyirsinizsə, Hindistan sizin üçün maraqlı fürsətlər təklif edir. Bu imkanlar parlaq demokratiya ilə birlikdə gəlir. İşgüzar mühit, nəhəng bazar və Hindistanın üstünlük verilən qlobal sərmayə məkanına çevirmək üçün mümkün olan bütün cəhdləri edən bir hökumət”.

Modi, COVID-19 pandemiyasından sonrakı dönəmin yenidən başlamasına ehtiyac duyulacağını, ancaq yenidən qurulmanın sıfırlanmadan mümkün olmayacağını bildirib. O deyib ki, pandemiya insanlara hər sahədə yeni protokollar hazırlamaq imkanını verib. “Gələcək üçün dayanıqlı və möhkəm sistemlər inkişaf etdirmək istəyiriksə, bu fürsət dünya tərəfindən istifadə olunmalıdır. Biz dünyanın COVID-19 pandemiyasından sonrakı dönəminin tələbləri barədə düşünməliyik. Bu istiqamətdə şəhər mərkəzlərimizin müasirləşdirilməsi yaxşı bir başlanğıc nöqtəsi olacaq”, - deyə Baş nazir əlavə edib.

N.Modi deyib ki, pandemiya dövrünün öyrənilməsi vacib olan məsələləri araşdırılmalıdır. Karantin dövründə müşahidə olunan təmiz ətraf mühit barəsində danışan Modi, deyib ki, bundan da təmiz mühit yaratmaq olar və bunun üçün normalara cavab verən dayanıqlı şəhərlər qurulmalıdır. O qeyd edib ki, Hindistanda şəhər imkanlarına sahib, ancaq kənd ab-havasını qoruyub saxlayan şəhər mərkəzlərinin qurulmasına çalışırlar.

Modi forumda Hindistanın şəhər mənzərəsini canlandırmaq üçün son zamanlarda həyata keçirilən "Rəqəmsal Hindistan", "Startap Hindistan", əlverişli mənzillər, Daşınmaz Əmlak (Nizamnamə) Qanunu və 27 şəhərdə metro dəmir yolu kimi bir sıra təşəbbüslər barədə məlumat verib. Baş nazir qeyd edib ki, hökumətin hədəfi 2022-ci ilədək ölkədə uzunluğu 1000 kilometrə yaxın metro dəmiryolu sisteminə nail olmaqdır.

Baş nazir bildirib ki, iki mərhələli şəkildə 100 "ağıllı şəhər" seçilib. Bu, kooperativ və rəqabətçi federalizm fəlsəfəsini dəstəkləyən ümummilli rəqabətdir. Bu şəhərlər təxminən 30 milyard dollar dəyərində layihələr hazırlayıb, təxminən 20 milyard dollar dəyərində layihələr tamamlanıb və ya tamamlanmaq üzrədir.