Baş nazirliyə namizəd HƏBS EDİLDİ

13:30 30.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İrəvan Cinayət Məhkəməsində hakim C.Çiçoyanın sədrliyi ilə “Masis” icmasının rəhbəri, Ermənistanın Baş naziri vəzifəsinə namizəd David Hambardsumyanın məhkəmə prosesi keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, məhkəmənin qərarı ilə D.Hambardsumyan 6 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə girov müqabilində D.Hambardsumyanın azadlığa buraxılması təklifini qəbul etməyib.