Baş Prokurorluq Qaradağdakı hadisə ilə bağlı məlumat yayıb

22:52 25.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə hafta.az-a Baş Prokurorluqdan bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən ekspert və kriminalistin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, ölüm səbəbi, xəsarətlərin yaranma mexanizmi və digər halların müəyyən edilməsi üçün zəruri tədbirlər görülüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə məlumat veriləcəkdir.