Baş Prokurorluq Şirvandakı partlayışla bağlı araşdırmaya başladı

13:15 24.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluq Şirvandakı partlayışla bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

 

Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.