Baş Prokurorluqda yeni kadr təyinatı olub

16:43 07.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluqda yeni kadr təyinatı olub.

Qurumdan hafta.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

 

K.Əliyevin digər əmri ilə Saleh Hacıyev Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Oxunma sayı 104