Basketbol millimiz İrlandiyaya məğlub olub

19:23 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib.

Hafta.az xəbər verir ki, millimiz VI turda İrlandiya yığmasını qəbul edib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazana bilməyib.