Türkiyə COP31 iştirakçıları üçün viza qaydalarını sadələşdirir

12:10 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisi (TBMM) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının Antalyada keçiriləcək 31-ci sessiyasının (COP31) iştirakçıları üçün imtiyazlar və güzəştlər haqqında beynəlxalq saziş layihəsini nəzərdən keçirəcək.

Hafta.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ankara və BMT tərəfindən razılaşdırılmış sənəd artıq Türkiyə parlamentinə təqdim edilib, onun təsdiqlənməsi isə COP31 iştirakçılarının ölkəyə sadələşdirilmiş giriş-çıxış proseduruna yol açacaq.

Bundan əlavə, Türkiyə hakimiyyət orqanları bu il noyabrın 3-8-də keçirilməsi planlaşdırılan COP31 tədbirlərinin hazırlıq dövrünün xərclərini, o cümlədən binaların, digər obyektlərin, avadanlıqların, infrastrukturun və xidmətlərin pulsuz təmin edilməsi xərclərini ödəyəcək.