Mbappe tarixə düşdü

10:11 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa millisinin hücumçusu Kilian Mbappe üç fərqli dünya çempionatının pley-off mərhələlərində ən azı üç qol vuran ilk futbolçu olub.

Hafta.az bu barədə TASS agentliyinə istinadən xəbər verir. Mbappe DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə matçın (1:0) 70-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə fərqlənib.

Bu qol onun hazırkı dünya çempionatında 7-ci, cari turnirin pley-off mərhələsində isə 3-cü qolu olub. O, bundan əvvəl 1/16 finalda İsveç millisinin qapısına iki qol vurmuşdu (3:0).

Qeyd edək ki, Mbappe 2018-ci il dünya çempionatının pley-off mərhələsində üç qol (1/8 finalda Argentinaya iki, finalda Xorvatiyaya bir qol), DÇ-2022-də isə beş qol (1/8 finalda Polşaya iki, finalda Argentinaya üç qol) vurmağı bacarmışdı.