Bülənt Ərsoy estetik əməliyyat etdirdi

11:01 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Bülənt Ərsoy estetik əməliyyat etdirib.

Hafta.az xəbər verir ki, bununla bağlı sənətçi özü sosial şəbəkə hesabında məlumat verib.

74 yaşlı ifaçı əməliyyatdan sonra paylaşdığı fotoya bunları qeyd edib:

"Hörmətli izləyicilərim, biz ulduzların yaşı yoxdur. Biz yaşsız insanlarıq. Amma qocalmaq həyatın qaçılmaz reallığıdır. İllər boyu estetik cərrahiyyə anlayışı mənə çox uzaq olub. Amma fikrim dəyişdi".