Basketbol yığmamız ilk dəfə DÇ-nin seçmə mərhələsində iştirak edəcək

21:47 03.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Basketbol üzrə kişilərdən ibarət milli komandamız 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək.

Hafta.az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində ilk mərhələnin oyunları 2024-cü il 19-27 fevral, 18-26 noyabr və 2025-ci il 17-25 fevral tarixlərində baş tutacaq.

Millimiz ikinci seçmə mərhələyə adlayacağı təqdirdə, mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münxen şəhərində keçiriləcək.