Bayraktar son sözünü dedi: RUSİYAYA SİHA SATMAYACAĞIQ!

09:30 19.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Biz Ukraynaya müharibə elan edən Rusiyaya heç vaxt SİHA satmamışıq və bundan sonra da satmayacağıq". 

Hafta.az-ın yazdığına görə, bu sözləri "Baykar" firmasının baş direktoru Haluk Bayraktar CNN-ə açıqlamasında deyib.

"Biz Rusiyaya heç nə ötürmədik və ya tədarük etmədik. Heç vaxt belə bir şey etməzdik. Çünki Ukraynanın müstəqilliyi və suverenliyi bizim üçün əsasdır. Biz Ukrayna xalqının öz azadlığı uğrunda göstərdiyi haqlı müqaviməti dəstəkləyirik”, - deyib cənab Bayraktar.

Digər tərəfdən, Bayraktar Türkiyə ilə Ukrayna arasında SİHA ticarətinə də toxunub və bu ticarətin iki ölkə arasında aviasiya və kosmos sahələrində mövcud olan strateji əlaqələr kontekstində həyata keçirildiyini qeyd edib.

Bayraktar həmçinin bildirib ki, Türkiyə və Ukrayna SİHA texnologiyasında "qazan-qazan" modeli ilə təkmilləşdirmələr əldə ediblər.

Türkiyənin SİHA texnologiyası çərçivəsində Ukraynaya dəstək verdiyini ifadə edən Bayraktar, SİHA-larda istifadə edilən turbin mühərriklərini Ukraynadan aldıqlarını deyib. O, Ukrayna ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər