Bayram günlərinin hava PROQNOZU

17:23 07.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı və Abşeron yarımadasında 8-10 noyabrda gözlənilən hava şəraiti açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq. Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi ərazilərində leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.