Bayraqlarımıza uzananların əli qırılmalıdır – Sərdar Akyol

16:53 06.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, İngiltərənin paytaxtı Londonda Azərbaycanın səfirliyinin binasına bir qrup şəxs tərəfindən hücum edilib. Azərbaycan Xarici İşlər Nazirliyi hücumun təşkilatçılarının bir qrup şiə ekstremist olduğunu bildirib. Hücum zamanı xəsarət alan olmasa da, aksiya zamanı binanın qarşısındakı Azərbaycan bayrağının etirazçılar tərəfindən endirildiyi qeyd edilib.

London polisi özlərini “Mehdinin xidmətçiləri” adlandıran radikal şiə qruplaşmalarının üzvlərini saxlayıb.

Şahidlərin ifadələrinə görə, işin digər pis tərəfi London polisinin gec müdaxiləsi olub. London polisindən verilən açıqlamalarda hadisənin yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı və araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcəyi bildirilib.

Hadisələrdən sonra Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Çavuşoğlu Bayramova bildirib ki, Türkiyə də Azərbaycanın bu prosesdə atacağı hər bir addımı dəstəkləyəcək.

Bu istiqamətdə hafta.az-a açıqlama verən Beynəlxalq İnternet Media və Kommunikasiya Nəşriyyatlarının prezidenti (UİMDER) Serdar Akyol bildirib ki, UİMDER olaraq bu mənfur hücumu pisləyir və bütün məsələlərdə hər zaman Azərbaycanın yanında olduğumuzu bildiririk.

“UİMDER-in prezidenti, jurnalist Serdar Akyol Azərbaycan səfirliyinə hücumla bağlı bayraqla bağlı həssaslığı vurğulayaraq bildirir ki, "Terrorçuların bayrağımıza qarşı bu davranışı qəbuledilməzdir. Bayraqlarımıza uzananların əli qırılmalıdır. hər dəfə bir daha cəhd etməsinlər. Ümid edirik ki, bu cür alçaq hücumlar bir daha təkrarlanmayacaq”.

Oxunma sayı 182
Siyasət rubrikasından digər xəbərlər