Bazar günü axşam ehtiyyatlı olun: asteroid Yerə yaxınlaşacaq

10:05 05.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Araşdırmalara görə, mayın 7-də axşam saat 22:40 radələrində saniyədə 11,6 kilometr sürətlə asteroid yerin orbitinə daxil olacaq. Sözügedən asteroidin London Eye adlanan dönmə çarxından iki dəfə böyük olduğu bildirilib.

Hafta.az-ın yazdığına görə, təxminən 160 metr enində olduğu güman edilən asteroid kosmosda səyahətinin ən yaxın nöqtəsində Yerdən təxminən 6 milyon mil uzaqlıqdan keçəcək. Bu məsafə bizə çox uzaq görünsə də, alimlərə görə “Yaxın yanaşma”dır.

NASA-nın məlumatlarına görə, asteroid bu keçiddən sonra ən azı iki il yarım geri qayıtmayacaq. Hazırda asteroidin harada görünəcəyi məlum deyil, lakin demək lazımdır ki, bütün hallarda onu Yerdən görmək üçün xüsusi avadanlıq tələb olunur. Yəni asteroidi adi gözlə görmək mümkün olmayacaq.