BDU-da Lütfi Zadəyə həsr olunmuş məntiq yarışı

15:19 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsi könüllülərinin təşkilatçılığı ilə dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr olunmuş məntiq yarışı keçirilib.

Bu barədə hafta.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, yarışda Tarix, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri iştirak ediblər.

Yarışda dünya şöhrətli alimin nəzəriyyələrindən suallar səsləndirilib. İki mərhələdə keçirilən yarışın final turunda Beynəlxalq münasibətlər və iqtisadiyyat, Mexanika-riyaziyyat fakültələrinin tələbələri mübarizə aparıblar. Nəticədə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin komandası qalib seçilib.