Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət üzrə dövlət naziri Sani bin Əhməd əz-Zuyudi Ümumdünya Ticarət Təşkilatının 13-cü Nazirlər Konfransının sədri seçilib.
Hafta.az-ın yazdığına görə, 2024-cü ilin fevral ayında Əbu-Dabidə keçiriləcək konfransda ÜTT-yə üzv 164 ölkənin nazirləri və aparıcı gömrük ittifaqlarının nümayəndələri iştirak edəcək.
Dünya ticarətində çoxsaylı problemləri həll etməyə çalışan 13-cü Nazirlər Konfransı çoxtərəfli ticarət sisteminin fəaliyyətini nəzərdən keçirəcək və ÜTT-nin gələcək işi üçün yol xəritəsini müəyyən edəcək.
BƏƏ-nin Xarici Ticarət üzrə Dövlət Naziri Sani bin Əhməd əz-Zuyudi 13-cü Nazirlər Konfransının beynəlxalq ticarət üçün kritik bir zamanda keçiriləcəyi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Əz-Zuyudi, bütün üzvlərin dünya ticarətinin gələcəyini formalaşdıran bütün qüvvələri nəzərdən keçirərək cari çağırışlara aydın və funksional həllər hazırlamaq üçün əməkdaşlıq etməli olduğuna diqqət çəkib. Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Əz-Zuyudi Cenevrədə keçirdiyi toplantıda bu mühüm tədbirə hazırlıq və beynəlxalq ticarətin COP28-in gündəliyinə daxil edilməsi məsələsini müzakirə edib. O, gələn ilin noyabrında bu böyük tədbirə Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi edəcəyini bildirib.
Əz-Zuyudi, Ümumdünya Ticarət Təşkilatı Baş Assambleyasında etdiyi ilk çıxışında, bugünkü ticarət siyasətlərinin beynəlxalq ticarətin özü qədər geniş bir perspektivə sahib olduğunu vurğulayıb və bütün üzvlərin dünya üçün ortaq bir gələcək yaratmaq məsuliyyətini daşıması lazım olduğunu deyib. Nazir, bütün dünyada hamı üçün rifah və inkişafı təmin edən proqnozlaşdırıla bilən, qaydalara əsaslanan ticarət və investisiya mühitinin yaradılmasına töhfə verməyə çalışacaqlarını bildirib.