BƏƏ və ÜST 148 fələstinlinin Əbu-Dabiyə təcili tibbi təxliyəsinə başlayır

09:52 01.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə İsrailin Ramon hava limanından Əbu-Dabiyə geniş müalicəyə ehtiyacı olan xərçəng xəstələri də daxil olmaqla 85 xəstə və ağır yaralı fələstinlinin təxliyəsi üçün təcili təşəbbüs elan edib.

Hafta.az-ın yazdığına görə, bu təşəbbüs BƏƏ-nin fəlakətli vəziyyət fonunda Qəzzadakı Fələstin xalqını dəstəkləməkdə qətiyyətli olduğunu bir daha təsdiqləyir.

Bu barədə Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Rim əl-Haşimi bildirib ki, bu təşəbbüs BƏƏ-nin Fələstin xalqına göstərdiyi davamlı və tarixi dəstəyin sübutudur.

Nazir vurğulayıb ki, BƏƏ bu günə qədər Qəzzadan olan 709 pasienti, onların 787 ailə üzvü ilə birlikdə müalicə almaq üçün qəbul etmişdir. Bu, BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nahyanın Qəzzadan olan 2 min yaralı və xərçəng xəstəsinə qayğı göstərmək göstərişlərinə uyğun olaraq həyata keçirilib.