Belarusda yeni dönəm: məmurlar bu halda edam oluna bilərlər

09:15 10.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində qulluq edən dövlət qulluqçuları ilə bağlı yeni fərman imzalayıb. Belarusun Prezidentinin portalında dərc olunan fərmana əsasən, dövlətə xəyanət edən məmurlara müxtəlif cəzalar, xüsusilə də ölüm cəzası tətbiq oluna bilər.

Hafta.az-ın yazdığına görə, “Cinayət məsuliyyəti haqqında qanuna dəyişiklik edilməsi haqqında” fərmana əsasən, ekstremist və dövlət əleyhinə mübarizə çərçivəsində qəbul edilən qərarlar Belarusda xidmət edən bütün dövlət qulluqçularına şamil ediləcək. Fərmanda dövlətə nəzarəti ələ keçirmək, casusluq etmək, informasiya sızdırmaq, müxtəlif sui-qəsdlər hazırlamaq, terror təbliğatı aparmaq, Silahlı Qüvvələri, digər birlik və hərbi birləşmələri, hərbiləşdirilmiş strukturları gözdən salmaq, dövlətin müdafiəsi tələbini yerinə yetirməyənlər sərhədlər “dövlətə xəyanət” maddəsi ilə mühakimə oluna bilər.

Lukaşenkonun imzaladığı fərmana əsasən, Belarus məhkəmələrinin qərarı ilə bu cinayətlərdə təqsirli bilinən dövlət qulluqçuları edam oluna, həbs edilə və ya cərimələnə bilərlər. Bundan başqa, şübhəli dövlət qulluqçularının həbs müddəti 10 günə qədər uzadıla bilər.

Siyasət rubrikasından digər xəbərlər