Belçika bankı rusların dondurulmuş aktivlərindən 1,7 milyard dollar qazanıb

09:10 21.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avropada qiymətli kağızların saxlanması və aktivlərə xidmət sahəsində xidmətlər göstərən Belçikada yerləşən “Euroclear” maliyyə şirkəti bu ilin birinci yarısında Rusiya vətəndaşlarının dondurulmuş aktivlərindən 1,74 milyard avro gəlir əldə edib.

Hafta.az-ın yazdığına görə, “Euroclear”ın Rusiya vətəndaşlarının dondurulmuş aktivlərindən əldə etdiyi faiz gəliri 2022-ci ildə 821 milyon avro olub.

2023-cü ilin birinci yarısında Rusiyanın dondurulmuş qiymətli kağızlarının ödənişlərinin (dividendlər, kuponlar, geri alınması) həyata keçirildiyi “Euroclear Bank”ın balansı 47 milyard avro artaraq 150 milyard avroya çatıb.

“Euroclear”dan verilən açıqlamada, Rusiya vətəndaşlarının aktivlərindən əldə edilən faiz gəlirlərindəki böyük yüksəliş, ümumi faiz dərəcələrinin və investisiyalar üçün istifadə edilən qalıqların artması ilə əlaqələndirilib.