Yazını böyüt
Yazını kiçilt
Belçikalı Malinois cinsinin itləri qohumları arasında ən ağıllı olduqları ortaya çıxıb. Bu barədə The Telegraph Finlandiya alimlərinin apardığı araşdırmaya istinadən xəbər verir.
Helsinki Universitetinin tədqiqatçıları heyvanların yeddi idrak və üç davranış tapşırığının öhdəsindən necə gəldiyini qiymətləndirmək üçün on üç cinsdən olan 1000 itin iştirakı ilə təcrübə aparıblar.
Eksperimentin nəticələrinə görə, belçikalı çoban Malinois ən yaxşı nəticə göstərib - 39 baldan 35 bal.
Ən zəkalı itlər arasında ikinci yeri border collie (26 xal), üçüncü yeri Hovawart alman cinsindən olan itlər (25 xal) tutublar.