Belçika və İngiltərə nüvə texnologiyası ilə bağlı razılığa gələ bilmədilər

12:52 25.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“The Times” yazır ki, Belçika ilə Böyük Britaniya arasında münaqişə Brüsselin Böyük Britaniyanın nüvə qarşısının alınması üçün zəruri olan texnologiyanın Londona tədarükünü əngəlləməsi səbəbindən yaranıb.

Brüsselin Flamand bölgəsində istehsal olunan və Britaniya ordusu üçün nəzərdə tutulan nüvə materiallarını ixrac etməkdən imtina etməsi ötən həftə məlum olub. LN 24 nəşrinə görə, ekoloqlar tədarükün əleyhinə çıxıblar. Söhbət İngiltərənin istehsal prosesində nüvə başlıqlarının hazırlanması, istehsalı və saxlanması üçün istifadə etdiyi yüksək təzyiqli izostatik presdən getdiyi vurğulanır.
Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra bu texnologiyanın ixracı üçün lisenziya tələb olunur, lakin onun verilməsinə Belçika baş nazirinin müavini, yaşıl Ecolo partiyasının üzvü Georges Gilkinet mane olub.

Oxunma sayı 1593