Bələdiyyə sədri saxlanılıb

13:38 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə bələdiyyələrə qarşı korrupsiya və rüşvət ilə bağlı başladılan istintaq prosesi davam edir.

Hafta.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bu gün ölkənin Kocaeli vilayətinin İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və onun həyat yoldaşı Murat Hürriyet saxlanılıb. Onlardan əlavə daha 26 şübhəli şəxsin də saxlanıldığı bildirilib.

Bununla bağlı Baş Prokurorluqdan verilən açıqlamada istintaq çərçivəsində İzmit Bələdiyyəsi tərəfindən keçirilən tenderlərə müdaxilənin müəyyən edildiyi qeyd olunub.

Türkiyədə bələdiyyələrə qarşı korrupsiya və rüşvət ilə bağlı araşdırma başladılıb. İstintaq çərçivəsində bugünə qədər ən az 39 bələdiyyəyə qarşı əməliyyat keçirilib, 31-də bələdiyyə sədri saxlanılıb. Onlardan bəziləri isə həbs ediliblər.