Benzema Fransa millisi haqqında danışmaqdan imtina edib

11:05 16.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa millisindəki problemlərə baxmayaraq, oyunlara psixi cəhətdən hazır olduğunu etiraf edib.

“Hər şey bitdi, artıq bitdi. Ən əsası qarşıdakı oyundur. Mən ruhi cəhətdən hazıram. Qalanı çətin olsa da, tarixdir.

Artıq dünya çempionatı və Fransa yığması haqda danışmaq istəmirəm. Mən yalnız İspaniya Superkubokunun finalı ilə bağlı sualları cavablandıracam”, - Benzema GFFN-ə bildirib.

Xatırladaq ki, “Qızıl top”un sahibi milli ilə Qətərə uçsa da, məşqdə zədələnib, bundan sonra vətənə qayıdıb. Onun yerinə Deşam futbolçu çağırmayıb.

Fransızlar ardıcıl ikinci dəfə mundialın finalına çıxsalar da, Argentinaya penaltilər seriyasında məğlub olublar.

Qətərdə keçirilən dünya çempionatı başa çatdıqdan sonra Benzema Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Bundan sonra o, Kylian Mbappe, Aurélien Tchouameni, Eduardo Camaving, Rafael Varan və Markus Thuram istisna olmaqla, millinin demək olar ki, bütün oyunçularını sosial şəbəkələrdə izləməyi dayandırıb.