Bərdə sakini Bakıda bıçaqlanıb

10:00 02.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.

Hafta.az xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.

1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.