Bərdədə qanunsuz silah saxlayanlar aşkarlandı

11:25 06.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən rayon sakini müəyyən edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Yurik İsmayılov saxlanılıb.

 

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, tapançaya məxsus 11 ədəd patron və 2 patron darağı, eləcə də 1 ədəd qundağı və lüləyi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.


Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Oxunma sayı 138