Berlin Kiyevin sürətli məğlubiyyətinə ümid edirdi - Conson

10:00 23.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson CNN telekanalına müsahibəsində bildirib ki, Almaniya Rusiya hərbi təcavüzü başlamazdan əvvəl Ukraynanın sürətli məğlubiyyətini gözləyirdi.

Onun sözlərinə görə, “müəyyən məqamda” almanların mövqeyi belə idi ki, bu baş verərsə, fəlakət olacaq, hər şey daha tez bitsə və Ukrayna təslim olsa, daha yaxşı olar”.

Conson əlavə edib ki, alman rəsmiləri öz mövqelərini “məcburi iqtisadi səbəblərlə” izah ediblər, Fransa hakimiyyəti isə silahlı toqquşma ehtimalını “son ana qədər inkar edib”. Lakin o, konkret hansı məmurlardan danışdığını dəqiqləşdirməyib. Eyni zamanda, İtaliyanın keçmiş baş naziri Mario Draqinin hökumət üzvləri Consona görə, ölkənin enerji resurslarından “böyük asılılığına” görə Rusiyaya təzyiq göstərmək cəhdlərini “dəstəkləyə biləcəyini” bildiriblər.