Berlin Ukraynadan qaçqın axınının artacağını bildirir

17:23 06.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Berlin hakimiyyəti qışın yaxınlaşması ilə ölkədəki istilik və su problemlərinə görə Ukraynadan olan qaçqınların sayının artacağını güman edir. Hafta.az alman mətbuatına istinadla bildirir.

Şəhərin meri Frensis Qiffinin sözlərinə görə, hazırda Almaniya paytaxtına hər gün 150 ukraynalı qaçqın gəlir, lakin “insanlar qışda işıq, su və istilik yoxdursa, onlar yollara düşəcəklər”. Onun sözlərinə görə, hazırkı rəqəmlər 2015-ci il miqrasiya böhranı ilə "demək olar ki, bərabərdir", lakin şəhər gələn aylarda rəqəmlərin artacağını gözləyir.

BMT-nin məlumatına görə, Rusiya hərbi əməliyyatları səbəbindən noyabrın 1-nə kimi 7,8 milyon insan Ukraynanı tərk edib və onlardan təxminən 815 min nəfəri Almaniyadadır.