Yazını böyüt
Yazını kiçilt
Bakıda beşmərtəbəli binada yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 m² sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.