Beşmərtəbəli yaşayış binasında yanğın olub

10:54 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suraxanı rayonunda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb.

Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.