“Bəyannamə Azərbaycan və Türkiyə o imkanı tanıdı…” - Fazil Mustafa

15:32 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Şuşa Bəyannaməsi zəmini üzərində gələcək siyasətimizin konturları müəyyən olundu. Sərhədlərimizdə qonşu ölkələrin hərbi təlimlər keçirdiyi bir ərəfədə bu bəyannaəmənin imzalanması bütövlükdə hamını yerində oturtmuş oldu. Ona görə də Şuşa bəyannaməsinin əhəmiyyəti illər sonra daha yüksək qiymətləndiriləcək”.

Bunu hafta.az-a deputat Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan tarixinin ən maraqlı səhifəllərindən biridir. Çünki Şuşa Bəyannaməsi elə bir ərəfədə qıbul olundu ki, o zaman regionda Rusiyanın sülhməramlı qüvvələri var idi və Xankəndi hələ düşmən işğalı altında idi.

F.Mustafa hələ də bölgədə Avropa Birliyi və Avropa Şurası tərəfindən, Qərb, ABŞ-ın yeni bir dizayn haqqında düşündüyünü, hansısa erməni dirçəlişi, revanşı mövzularının gündəmə gətirildiyini deyib.

“Belə bir şəraitdə ən böyük hadisə bu bəyannamənin imzalanması ilə baş verdi. Əsas müddəa Türkiyənin hər hansı bir şəkildə Azərbaycana qarşı hərbi müdaxilə addımları olarsa birbaşa müdaxilə edəcəyi barədə bəyanatda bəndin yer almasıdır. Və bu bəyannamə hamını qəti əmin etdi ki, hər hansı bir şəkildə Azərbaycnla zarafat etmək, Azərbaycan üzərindən hər hansı layihələr həyata keçirmək mümkün olmayacaq. Bəyannamə Azərbaycan və Türkiyəyə o imkanı tanıdı ki, bir-birinə olan hər bir müdaxilədə bir başa iştirak edib, bir -birini dəstəkləsinlər. Şuşa Bəyannaməsinin əsas mahiyyəti bu idi və qardaşlığımızın zirvə nöqtəsi idi. Bu, bilavasitə dünyaya verilən o mesaj idi ki, istənilən halda kimsə Azərbaycanı tək görməyəcək”.