Beyləqanda avtomobil kanala aşıb: Türkiyə vətəndaşları xəsarət alıblar

10:57 07.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı üç Türkiyə vətəndaşı xəsarət alıb.

APA xəbər verir ki, Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi “Mitsubishi L 200” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi yeni tikilən beton su kanalına aşıb.

Nəticədə sürücü, sərnişinlər Türkiyə vətəndaşları - Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıb.