Beynəlxalq dərəcəli hakimləri yeni təyinat alıblar

16:37 16.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Vüsal Məmmədov UEFA-dan yeni təyinat alıb.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupunun oyunlarında ədalət qoruyacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San Marino komandalarının mübarizə aparacağı bu qrupun matçları oktyabrın 25-dən 31-dək İtaliyada təşkil ediləcək.